“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda keçirilən səyyar tibbi müayinə aksiyası davam edir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda keçirilən səyyar tibbi müayinə aksiyası davam edir. Aksiyada uşaq cərrahiyəsi, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkim və tibbi bacısı heyəti uşaqları müayinə edir, onlara ambulator müalicə-profilaktik xidmətlər göstərilir. Bununla yanaşı, azyaşlılar fiziki müayinələrlə yanaşı, instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laborator müayinələrdən yararlanıb, təyinata uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunurlar.

Diqər xəbərlər